Bu günə qədər İpoteka və Kredit Zəmanət Fondu (İKZF) 43 065 borcalana 2 milyard 486,525 milyon manat kredit verib.
İKZF-nin xətti ilə verilmiş ipoteka kreditlərinin - 78%-i Bakının Payına Düşür
FED.az xəbər verir ki, bu barədə İKZF-nin açıqlamasında bildirilir.
Bundan başqa, qurum bəyan edib ki, indiyə qədər 349,759 milyon manat məbləğində biznes kreditlərinə zəmanət verilib, 3 283 mənzil isə kirayəyə vermək yolu ilə realizə edilib.