Bu il yanvarın 1-nə İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə verilmiş ipoteka kreditlərinin ümumi məbləği 1,996 milyard manat təşkil edib ki, bunun da 1,349 milyard manatı adi, 0,647 milyard manatı isə güzəştli ipoteka kreditləridir.
Eləcə də bax: İpoteka limitinin artırılmasının hansı əhəmiyyəti olacaq? - AÇIQLAMA
FED.az bu barədə Fonda istinadən xəbər verir.
Məlumata görə, ötən il yanvarın 1-nə nisbətən ipoteka kreditlərində 21,6 %, o cümlədən adi ipoteka kreditlərində 23,1 %, güzəştli ipoteka kreditlərində isə 18,7 % artım olub.
Ötən ilin sonuna İKZF müvəkkil bankların verdiyi kreditlərin 1,861 milyard manatını yenidən maliyyələşdirib. Bu isə 1 il əvvəllə müqayisədə 28,9 % çoxdur.
2022-ci ilin əvvəlinə dövlət xətti ilə verilən ipoteka kreditlərinin sayı 49 287 (17 % çox), o cümlədən adi ipoteka kreditlərinin sayı 36 746 (16,7 % çox), güzəştli ipotrka kreditlərinin sayı isə 12 541 (17,6 % çox) olıub.
Kreditlərin maliyyələşdirilməsinə gəlincə isə, indiyə qədər Fonda dövlət büdcəsindən 728 milyon manat ayrılılıb. Fond özü isə istiqraz buraxmaqla 1 535 milyon manat vəsait cəlb edib.