Bu ilin yanvar-avqust aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 256,2 milyon manat kredit verilib.
Eləcə də bax: Azərbaycanda dövlət xətti ilə ipoteka kreditləşməsi - 1,9 Milyard Manatı Ötüb
FED.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 62,3% çoxdur.
Hesabat dövründə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə təxminən 4 dəfə artaraq 236,5 milyon manata çatıb.
Son 1 ildə İKZF-nin istiqraz buraxmaqla cəlb etdiyi vəsait23,1% artaraq 160 milyon manat, Fonda dövlət büdcəsindən ayrılmış vəsait isə 4 dəfə azalaraq 35,6 milyon manat təşkil edib. (Report)