Bu ilin yanvar ayı ərzində İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 6,1 milyon manat ipoteka krediti verilib.
FED.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu rəqəm keçən ilin eyni dövrü ilə müqayisədə 53,1% azdır.
Eləcə də bax: Azərbaycanda əsasən 60-90 min manatlıq mənzillərə - İPOTEKA VERİLİR - CƏDVƏL
Qeyd edək ki, son 1 ildə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 86,2% azalaraq 3,5 milyon manata enib. Hesabat dövründə İKZF-yə dövlət büdcəsindən ayrılmış vəsait isə 17,8 milyon manat olub.