2020-ci ildə İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 257,5 milyon manat ipoteka krediti verilib.
Eləcə də bax: Azərbaycanda ipoteka kreditləri üçün yeni - Limitlər Ayrılıb
FED.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2019-cu illə müqayisədə 48,6% çoxdur.
Hesabat dövründə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 25,8% azalaraq 163,5 milyon manata çatıb.
Ötən il İKZF qiymətli kağızlar bazarında istiqraz buraxmaq yolu ilə 250 milyon manat vəsait cəlb edib ki, bu da əvvəlki ilə nisbətən 66,7% çoxdur. Son 1 ildə Fonda dövlət büdcəsindən ayrılmış vəsait isə 2 dəfə artaraq 161,2 milyon manat olub. (Report)