Bu ilin yanvar-fevral aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 26,5 milyon manat ipoteka krediti verilib.
Eləcə də bax: Azərbaycanda ipoteka kreditləri ilə bağlı - YENİ PROQRAM BAŞLAYACAQ
FED.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu rəqəm keçən ilin eyni dövrü ilə müqayisədə 27,4% azdır.
Son 1 ildə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 89,5% azalaraq 4,6 milyon manata enib. Hesabat dövründə İKZF-yə dövlət büdcəsindən ayrılmış vəsaitin məbləği isə 17,8 milyon manat olub (ötən ilin eyni dövründə Fond büdcədən vəsait almayıb).
Report