Bu ilin yanvar-may aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 170,6 milyon manat ipoteka krediti verilib.
Eləcə də bax: Prezident ipoteka ilə bağlı qanuna dəyişikliyi - Təsdiqlədi
FED.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 dəfə çoxdur.
Hesabat dövründə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 8,95 dəfə artaraq 112,7 milyon manat olub.
Son 1 ildə İKZF-nin istiqraz buraxmaqla cəlb etdiyi vəsait dəyişməyərək 55 milyon manat qalıb, Fonda dövlət büdcəsindən ayrılmış vəsait isə 52,9% və yaxud 2,1 dəfə azalaraq 35,6 milyon manata düşüb. (Report)