Bu il yanvar ayında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 13,9 milyon manat kredit verilib.
Eləcə də bax: İpoteka istiqrazları üzrə faiz və nominal ödənişləri - BAŞLAYIR
FED.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 17,8 % çoxdur.
Hesabat dövründə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 8,5% artaraq 21,6 milyon manata çatıb.
Ötən ay İKZF 1 il əvvəl olduğu kimi istiqraz buraxmaqla vəsait cəlb etməyib, Fonda dövlət büdcəsindən 23,8 milyon manat vəsait ayrılıb (ötən ilin eyni dövründə ayrılmayıb). (Report)