Bu günə qədər İpoteka və Kredit Zəmanət Fondu 32 386 borcalana 1 701,24 milyon manat (1 milyard ABŞ dollarından çox) məbləğində ipoteka krediti verib.
FED.az xəbər verir ki, bu barədə Fonddan bildirilib.
Bundan başqa, qurum bəyan edib ki, indiyə qədər 231,27 mln manat məbləğində biznes kreditlərinə zəmanət verib, 619 mənzil isə kirayəyə vermək yolu ilə realizə edilib.