2023-cü ildə Azərbaycanda 22 910 ədəd yaşayış evi istifadəyə verilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.
İstifadəyə verilmiş yaşayış evlərinin sayı 2022-ci ilə nisbətən 379 ədəd və ya 1,6% azdır.
Yaşayış evlərinin 10 225-i fərdi yaşayış evləri olub ki, bu da əvvəlki ilə nisbətən 1 016 ədəd və ya 9% azdır.
Bundan başqa yaşayış evlərinin 2 472-si dövlət müəssisələri tərəfindən, 10 213-ü qeyri-dövlət müəssisələri tərəfindən inşa edilib.
Dövlət müəssisələri tərəfindən inşa edilmiş yaşayış evlərinin sayı 3,1 dəfə azalıb, qeyri-dövlət müəssisələri tərəfindən inşa edilmiş evlər isə 2,3 dəfə artıb. Lakin əhali tərəfindən inşa edilmiş evlərin sayında 9% azalma müşahidə olunub.
Məlumat üçün bildirər ki, 2022-ci ildə 23 289 yaşayış evi istifadəyə verilib ki, onun da 11 241-i fərdi yaşayış evləri olub.
Ümumi yaşayış evlərinin 7 624-ü dövlət, 4 424-ü qeyri-dövlət müəssisələri tərəfindən inşa edilib.