Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyası “İdarə və təşkilatlar üçün binalar və otaqlar. Layihələndirmə normaları”nı təsdiq edib.
Bakıda adambaşına düşən mənzil sahəsi 25 m2-ə qədər artırılacaq
FED.az xəbər verir ki, bununla bağlı Kollegiyanın sədri Anar Quliyev yeni qərar imzalayıb.
Qərara əsasən, idarə və təşkilatlar üçün tikilən binaların vestibül və sonuncu mərtəbə döşəmələri arasındakı səviyyə fərqi 12 metr və daha çox olduqda, əhalinin gediş-gəlişi daimi olan binalarda isə bu səviyyələrin fərqi 9 metr və daha çox olduqda sərnişin liftləri olmaldır. Sərnişin liftlərinin sayı hesablamalar əsasında, lakin ikidən az olmamaq şərtilə təyin olunmalıdır. Bu zaman adamın xərəklə daşınması imkanı üçün binadakı liftlərdən birinin kabinəsinin dərinliyi 2 100 mm-dən az olmamalıdır. 10 və daha çox mərtəbəli binaların sərnişin daşıyan liftlərindən biri yanğından mühafizə bölmələrinin daşınması üçün nəzərdə tutulmalıdır. Mövcud 9 mərtəbəli binada mansarda mərtəbəsi inşa edildikdə belə liftin nəzərdə tutulmamasına yol verilir. Atriumlar qurulduğu halda lift 7 və daha cox mərtəbəli binalarda nəzərdə tutulmalıdır.
Bundan başqa, dövlət idarə və təşkilatları üçün tikilən binalarda otaqların və dəhlizin hündürlüyü döşəmədən tavana qədər 3 metrdən az olmamalıdır. Bu bunalarda dəhlizin uzunluğu 10 metrə qədər olduqda eni 1,2 metrdən, 10 metrdən artıq olduqda eni 1,5 metrdən və kuluar görüşmələr və yaxud gözləmə otağı kimi istifadə edilən dəhlizlərin eni 2,4 metrdən az olmamalıdır. Ən uzaq otağın qapısından yaxındakı liftin qapısına qədər olan məsafə 60 metrdən çox olmamalıdır.
Həmçinin idarə və təşkilatların inzibatı binalarında otaqların sahələri üçün yolverilən maksimal ölçülər müəyyənləşib.