2019-cu ildə Azərbaycanda ilk dəfə “Caspian Realty” Xəzər Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya Sərgisi keçiriləcək.
FED.az sərgi təşkilatçılarına istinadən xəbər verir ki, sərgi 2019-ci ilin 20-22 fevral tarixlərində Bakı Ekspo Mərkəzində baş tutacaq.
Sərginin təşkilatçısı “Caspian Event Organisers” (CEO) şirkəti daşınmaz əmlak sahəsində yerli və xarici developerlərin, yüksək ixtisaslı mütəxəssislərin, müxtəlif əmlak sektorlarının sərmayəçilərinin və dövlət qurumlarının nümayəndələrinin iştirak ilə keçiriləcək sərgini illik tədbir etməyi planlaşdırır.
Sərginin məqsədi iştirakçıların hədəf auditoriya ilə işgüzar əlaqələrin qurulmasında, məhsul və xidmətlərin təqdim edilməsində və beynəlxalq təcrübə mübadiləsi imkanlarına təmin etmək üçün beynəlxalq ortam yaratmaqdır.
Sərginin əsas bölmələri aşağıdakılardır: Azərbaycanda Daşınmaz Əmlak Layihələri, xaricdə daşınmaz əmlak layihələri, developer agentlikləri, investisiya şirkətləri, layihələndirmə və memarlıq büroları, inşaat şirkətləri, əlaqəli dövlət qurumları, maliyə təşkilatları, banklar, brokerlər, xəritə ilə bağlı xidmətlər, daşınmaz əmlak sektoru üçün informasiya texnologiyaları.
Azərbaycanda beynəlxalq sərgi keçiriləcək - İLK DƏFƏ
22:21
13 Sen 2018