Əmlak Məsələləri Dövlət Xidməti "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin balansında olan daşınmaz əmlakın hərracını elan edib.
FED.az xəbər verir ki, Xaçmaz şəhəri, Hüseyn bəy Rəsulbəyov küçəsində yerləşən qeyri yaşayış binasının sahəsi 472 kvadratmetrdir, bina 314 kvadratmetr torpaq sahəsində yerləşir. Binanın ilkin satış qiyməti 583 min manat, hərraca qatılmaq üçün ilkin ödəniş – beh 58,3 min manatdır.
Hərrac dekabrın 16-da baş tutacaq, iştirak etmək istəyənlər behi "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin aşağıdakı hesabına köçürülməlidir. Satışa çıxarılan əmlaka baxış hərracın keçirilmə tarixinədək hər həftənin cümə günü saat 10:00-12:00-a kimi keçirilir.
Hərraclarda iştirak etmək istəyən şəxslər hərracın başlanmasına ən geci 3 bank günü qalanadək sənədləri Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanına təqdim etməlidirlər.












