Dövlət Əmlak Xidməti (DƏX) Ekologiya və Təbii Sərvətlər Nazirliyinin balansında olan gəmini özəlləşdirmək üçün hərraca çıxarıb.
FED.az xəbər verir ki, «Nauçnıy» gəmisi nazirliyin Sahələrarası Nəqliyyat və Komleks Mexaniki Təminat İdarəsinin balansındadır.
1986-cı il istehsalı olan gəmi ilkin satış qiyməti 40 min manat olmaqla satışa çıxarılıb. P-42437 reyestr nömrəli “Nauçnıy” gəmisi hazırda işlək vəziyyətdədir və Salyan rayonundadır.
Bununla yanaşı, gəmiyə cari təmir də tələb olunur. Bu korpus malyar işləri və daxili interyer işlərini nəzərdə tutur. Cari təmir xərcləri 2 100 manat təşkil edir.