17 noyabr tarixində İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən növbəti hərrac təşkil ediləcək.
Eləcə də bax: Azərbaycanda daha 43 dövlət əmlakı özəlləşdirməyə çıxarılır
Nazirlikdən FED.az-a verilən məlumata görə, hərraca 37 dövlət əmlakı çıxarılacaq. Bunlardan 24-ü kiçik dövlət müəssisəsi və obyekti, 1-i yarımçıq tikili, 12-si isə nəqliyyat vasitəsidir.
Kiçik dövlət müəssisəsi və obyektlərinin əksəriyyəti torpaq sahəsi ilə birlikdə özəlləşdiriləcək. Artıq həm torpaq sahəsinin, həm də tikilinin ayrıca qiymətləndirilməsi aparılıb. Hərraca çıxarılacaq dövlət əmlakı respublikanın müxtəlif bölgələrində yerləşən ticarət, xidmət obyektləri və istehsal müəssisələridir.