Bu ilin yanvar-fevral aylarında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti 80 274 daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatını aparıb.
İKZF-nin xətti ilə verilmiş ipoteka kreditlərinin - 78%-i Bakının Payına Düşür
FED.az quruma istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 59,6% çoxdur.
2 aylıq qeydiyyatın 13 613-ü və yaxud 17 %-i ilkin, 66 661-i və yaxud 83 %-i isə təkrar qeydiyyatın payına düşüb. Bunlar isə 1 il əvvələ nisbətən müvafiq olaraq 16,5 % və 72,6 % çoxdur.
Hesabat dövründə mülkiyyət hüquqlarının qeydiyyatı aparılmış əmlaklardan 7 300-ü fərdi yaşayış və bağ evi, 13 915-i mənzil, 57 297-si torpaq sahəsi, 506-sı qeyri-yaşayış binası, 1 141-i qeyri-yaşayış sahəsi, 89-u əmlak kompleksi, 26-sı isə çoxmərtəbəli yaşayış binasıdır. Dövlət qeydiyyatına alınan daşınmaz əmlakların 13 803-ü Bakı şəhərinin, qalanı isə bölgələrin payına düşüb.
Son 1 ildə torpaq sahələrinin ilkin qeydiyyatı 3,1% artaraq 5 847 olub.
Bu dövrdə 68 883 daşınmaz əmlakın texniki inventarlaşdırılması aparılıb və texniki pasportu tərtib edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 74,1 % artım deməkdir.
İl ərzində qeydiyyata alınan ipoteka müqavilələrinin sayı isə 22,8% artaraq 12 102 olub.