2018-ci ildə bütün maliyyə mənbələri hesabına ümumi sahəsi 2084,7 min kvadrat metr və ya ötən illə müqayisədə 3,3 faiz çox yeni yaşayış evləri tikilib istifadəyə verilib.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, il ərzində mənzil tikintisində istifadə edilmiş vəsaitin həcmi 1313,8 milyon manat olmuş, onun 252,3 milyon manatı dövlət, 1061,5 milyon manatı isə qeyri-dövlət mülkiyyətində olan müəssisə və təşkilatların, habelə əhalinin payına düşmüşdür.
Eləcə də bax: Gəncədə iki yeni qəsəbə salınacaq - AÇIQLAMA
Ölkə vətəndaşları mənzil şəraitlərinin yaxşılaşdırması məqsədilə şəxsi vəsaitləri hesabına 2018-ci ildə 13,7 min fərdi yaşayış evi tikmişlər ki, onların 23,3 faizi Bakı şəhərində, 19,5 faizi Naxçıvan Muxtar Respublikasında, 4,0 faizi Masallı, 3,9 faizi Sabirabad rayonlarında, 49,3 faizi isə ölkənin digər şəhər və rayonlarında inşa edilmişdir.