Azərbaycanda 1000 vahiddən az olan ev təsərrüfatlarının uçotu qaydası hazırlanacaq.
Azərbaycanda bələdiyyələr birləşdirilir
FED.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 5 aprel tarixli 1129-VIQD nömrəli Qanununun tətbiqi və “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 27 iyul tarixli 162 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 16 aprel tarixli 36 nömrəli Fərmanının icrasının təmin edilməsi barədə sərəncamında əksini tapıb.
Sərəncama əsasən, Ədliyyə Nazirliyi İqtisadiyyat Nazirliyi, Dövlət Statistika Komitəsi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, təşkil və ya yenidən təşkil nəticəsində əhalisinin sayı 3000 nəfərdən və (və ya) 1000 vahiddən az olan ev təsərrüfatlarının uçotu qaydası ilə bağlı təkliflərini yeddi gün müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.