2022-ci ilin yanvar-iyul aylarında Azərbaycan vətəndaşları Türkiyədə 767 daşınmaz əmlak satın alıblar ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 47 obyekt daha çoxdur.
FED.az xəbər verir ki, TurkicWorld bu barədə Türkiyənin Torpaq Kadastrı və Daşınmaz Əmlak Alqı-Satqısı üzrə Dövlət orqanına istinadən bildirilib.
Eləcə də bax: İstanbula rekord sayda turist gəlib - 10 İLİN REKORDU
Məlumata görə, 2022-ci ilin iyul ayında Azərbaycan vətəndaşları Türkiyədə 65 daşınmaz əmlak alıblar ki, bu da 2021-ci ilin iyun ayı ilə müqayisədə 62 obyekt azdır.
2022-ci ilin iyul ayında Türkiyədə 93 min 902 əmlak satılıb ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 12,9 faiz azdır. İyul ayında Türkiyədə əcnəbilərə 3 min 939 əmlak satılıb ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 12,4 faiz azdır. (Trend)