Türkiyənin Torpaq Qeydiyyatı və Kadastr İdarəsi ölkədə daşınmaz əmlak almaq istəyən xarici ölkə vətəndaşlarının müraciət müddətini azaltmaq və asanlaşdırmaq üçün “xarici vətəndaşlar üçün məlumat” (Your key Turkey) portalını hazırlayıb.
FED.az bu barədə xarici mətbuata istinadən xəbər verir.
Eləcə də bax: 1000-nə yaxın azərbaycanlı Türkiyədə əmlak alıb
Məlumata görə, hazırda 4 dildə xidmət göstərən www.yourkeyturkey.gov.tr platforması gələcəkdə Rus, Fransız və İspan dilləri də əlavə olunaraq 7 dildə fəaliyyət göstərəcək.
Dövlət daşınmaz əmlak satışını artırmaq üçün 10 xarici ölkədə 12 nümayəndəlik açacaq. İlkin olaraq nümayəndəliklər Bakı, Berlin, Paris və Brüsseldə açılacaq.
Xatırladaq ki, nümayəndəliklərdə Torpaq Qeydiyyatı və Kadastr İdarəsinin attaşesi xidmət göstərəcək.
Report