Bu ilin yanvar ayında Azərbaycan vətəndaşları Türkiyədə 54 mənzil alıblar.
Xarici vətəndaşların Azərbaycanda daşınmaz əmlak almağa maraqları artdı - VİDEO
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə Türkiyənin Statistika İdarəsi bildirir.
Məlumata görə, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 4 mənzil və ya 8 % çoxdur.
Ötən ay Azərbaycan vətəndaşları Türkiyədə ev alanların siyahısında ilk onluqda, 7-ci yerdə qərarlaşıb.
Ümumilikdə, 2026-cı ilin yanvar ayında Türkiyədə xarici vətəndaşlara 1 311 mənzil satılıb. Bu, ötən ilin eyni ayı ilə müqayisədə 247 mənzil və ya 15,8 % azdır.
Bu ilin yanvar ayında Türkiyədə ən çox mənzil alanlar Rusiya vətəndaşları olub. Onlara 219 mənzil satılıb. Bu, 2025-ci ilin yanvar ayı ilə müqayisədə 29 ədəd və ya 11,7 % azdır.
Növbəti yeri İran vətəndaşları tutublar. Yanvarda onlara bu ölkədə 118 mənzil satılıb ki, bu da illik müqayisədə 44 ədəd və ya 27,2 % azdır.
Türkiyədə ev alanların siyahısında üçüncü yerdə Ukrayna vətəndaşları qərarlaşıblar. Belə ki, yanvarda Ukrayna vətəndaşları Türkiyədə 77 mənzilə sahib olublar. Bu da 2025-ci ilin ilk ayı ilə müqayisədə 17 mənzil və ya 18,1 % azdır.
Xatırladaq ki, 2025-ci ildə Azərbaycan vətəndaşları Türkiyədə 944 mənzil alıblar. (Report)











