Azərbaycan və BƏƏ arasında “Şəhər içində şəhər” Konsepsiyasının inkişafı üzrə əməkdaşlıq sazişi imzalanıb.
Azərbaycan və BƏƏ açıq məkanda reklam sahəsində strateji əməkdaşlığa başlayır
FED.az xəbər verir ki, əməkdaşlıq sazişi I Beynəlxalq İnvestisiya Forumunda imzalanıb.
Belə ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov və BƏƏ-də fəaliyyət göstərən “Modon” şirkətinin sədri Cassem Mohammed Bu Ataba Al Zaabi “Şəhər içində şəhər” Konsepsiyasının inkişafı üzrə Əməkdaşlıq haqqında Sazişi imzalayıblar.
Sazişin imzalanma mərasimində Azərbaycan Baş nazirinin müavini Samir Şərifov və BƏƏ-nin investisiya naziri Mohamed Hassan Alsuwaidi iştirak edərək sənədin şahidi olublar. (Apa)