Azərbaycan Prezidentinin 2009-cu il 16 dekabr tarixli Sərəncamı ilə hər il aprelin 10-u ölkədə “İnşaatçılar günü” peşə bayramı kimi qeyd olunur.
FED.az xəbər verir ki, Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiyasiyası (ATMİA) ilk dəfə olaraq 1-9 aprel tarixində keçirdiyi İnşaat Həftəsi çərçivəsində Azərbaycan bir sıra vacib və əlamətdar tədbirlər təşkil edir.
ATMİA-nın Baş Katibi Şahanə Sarı mətbuata açıqlamasında bildirib ki, İnşaat həftəsi çərçivəsində keçirilən silsilə layihələrə beynəlxalq sektorial qurumlar, o cümlədən Gürcüstan İnfrastruktur Tikinti Şirkətləri Assosiasiyası, İraq İnşaat Assosiasiyası ilə əlaqələrin qurlması, Özbəkistan Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri cənab Baxrom Əşrəfxanov ilə görüş, Qafqazda ilk müasir gips zavodu olan AĞDAĞ gips zavoduna info-tur, “Yaşıl Dünya Həmrəyliyi İli” münasibətilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə ağacəkmə aksiyasının təşkili, İtaliya Ticarət Palatası, “Matanat A” Şirkətlər qrupunun baş sponsorluğu və Mirvana dekorativ boyalarının sponsorluğu ilə Genuya Memarlar Assosiasiyasının üzvü Nikola Ruggieronun Azərbaycana səfəri və AzMİU-da sahibkarlar və tələbələr üçün elmi-praktiki seminarların təşkili və s. nümunə göstərilə bilər.
Qeyd edək ki, 2017-ci ildə yaradılan Assosiasiyanın əsas məqsədi ölkədə tikinti materialları istehsalına dəstək vermək, tikinti materialları sənayesinin inkişafı istiqamətində dövlət tərəfindən iqtisadi və sosial inkişaf sahəsində həyata keçirilən tədbirləri təbliğ etməkdir.