Azərbaycan şirkətlərinin İraqda tikinti və infrastruktur layihələrinə cəlb edilməsi müzakirə edilib.
Azərbaycan-İraq Biznes Şurasının yaradılması barədə razılıq əldə edilib
FED.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"İraqa səfər zamanı bu ölkənin tikinti, şəhərsalma, bələdiyyə və dövlət işləri naziri Bangen Rekani ilə görüşdük. İraqda həyata keçirilən tikinti və infrastruktur layihələrində Azərbaycan şirkətlərinin iştirakı məsələlərini müzakirə etdik", - deyə o qeyd edib.