Azərbaycanın yol-tikinti şirkəti Ukraynanın magistral avtomobil yolunun təmiri üçün elan edilmiş tenderin qalibi olub.
FED.az-ın məlumatəna görə, ikinti işlərinin başlanması üçün Kiyevdə Ukrayna Avtomobil Yolları Agentliyinin rəhbəri Slavomir Novak və AzVirt Məhdud Məsuliyyətli Cəmiyyətin icraçı direktoru Kamil Əliyev saziş imzalayıblar.
ELƏCƏ DƏ BAX: Evdə otur, əmlak al - 195 dövlət əmlakı hərracda
Sazişə əsasən AzVirt MMC M-01 yolunda Kiyev-Kopti (Çerniqov vilayəti) avtomobil yolunun 80 kilometrlik hissəsi əsaslı təmir olunacaq. Sazişin ümumi dəyəri 131 milyon 550 min avrodur (ƏDV daxil deyil). Yolun əsaslı təmir müddəti 730 gündür.
Sazişin imzalanma mərasimində çıxış edən S.Novak Ukrayna bazarına daha bir iri şirkətin daxil olmasından məmnun olduğunu bildirib. Diqqətə çatdırıb ki, bu, AzVirt şirkətinin Ukraynada reallaşdıracağı ilk layihədir. Tenderdə iştirak edən 13 beynəlxalq şirkət arasında qalib olmaq mühüm hadisədir.
AzVirt MMC-nin icraçı direktoru Kamil Əliyev rəhbəri olduğu şirkətə etibar edildiyinə görə Ukrayna Avtomobil Yolları Agentliyinin rəhbərinə təşəkkürünü bildirib.
Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev isə çıxışında qeyd edib ki, bu layihənin Ukraynada həyata keçirilməsi təkcə böyük şərəf deyil, həm də böyük təcrübə və nüfuzdur.
Azərbaycan şirkəti Ukraynada 100 milyonluq – TENDER UDDU
21:55
1 Noy 2018