Azərbaycanın yerli inşaat məhsullarının Qazaxıstana ixrac potensialı var.
FED.az xəbər verir ki, bunu Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyasının (ATMİA ) Baş katibi Şahanə Sarı deyib.
O bildirib ki, hazırda ixrac potensialının üzərində işlər görülür:"Assosiasiyanın hər bir üzvü ixracla bağlı bazarda araşdırmalar aparır. Qazaxıstan bizim üçün hədəf ölkələrdən biridir. Qazaxıstana az xərclə inşaat məhsullarının ixracı mümkün ola bilər. Qazaxıstanda "Made in Azerbaijan" brendi altında stendlərlə təmsil oluna bilərik”. (Apa)