Xəbər verildiyi kimi, bu gün, iyulun 25-də saat 11-dən etibarən Azərbaycan banklarında aid ipoteka kreditləri üçün limitlər işə düşüb.
FED.az xatırladır ki, İpoteka və Kredit zəmanət Fondu tərəfindən 2022-ci il üzrə ipoteka kreditləri üçün əlavə limitlər ayrilib.
İPOTEKA KREDİTLƏŞMƏSİ ÜZRƏ BANKLAR - SİYAHI
İPOTEKA KREDİTİNİN VERİLMƏSİ ŞƏRTLƏRİ
«Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən 2022-ci il ərzində ipoteka kreditləşməsi prosesinin davam etdirilməsi məqsədilə müvəkkil banklara adi ipoteka kreditlərinin verilməsi üçün əlavə limitlər ayrılıb»-deyə fondun açıqlamasında bildirilir.
Limitlərin aktivləşdirilməsi 25 iyul 2022-ci il tarixində saat 11:00-da başlayıb.
Bu limitlərdən istifadə etmək üçün "Elektron Hökumət" portalına daxil olmaq tələb olunur.
Xatırladaq ki, 2022-ci ilin ötən dövründə, yəni ilk yarısında Fondun vəsaiti hesabına 3000-dək Azərbaycan vətəndaşına ümumi məbləği 230,7 mln. manat məbləğində ipoteka, o cümlədən güzəştli ipoteka krediti verilib.
Ümumilikdə isə, bugünədək Fondun vəsaiti hesabına verilmiş ipoteka kreditlərinin ümumi məbləği 2 milyard 227 mln. manatı, bu kreditlər hesabına öz yaşayış şəratini yaxşılaşdırmış ailələrin sayı isə 39 700-ü ötüb.