Azərbaycan prezidenti İlham Əliyev Mehdiabad-Pirşağı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
FED.az xəbər verir ki, 21 min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Mehdiabad–Pirşağı avtomobil yolunun tikintisi məqsədi ilə 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 3,3 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.