2021-ci ildə Avropada yeni tikililərin («novostroykaların») ən çox bahalaşdığı şəhər Praqa olub - 20%.
Eləcə də bax: Ağalarov Bakı yaxınlığında yeni şəhərcik yaradır - OTELLƏR, MƏNZİLLƏR, MALL-LAR
FED.az Deloitte şirkətinin hesabatına istinadən xəbər verir ki, bu Avropada ən byöük qiymət artımıdır. Avropada yeni tikilininən bahalı olduğu ölkə Britaniyadır – burada yeni mənzilin 1 kvadratmetrinin orta qiyməti 4905 avrodur. Yeni tikililərin ən ucuz olduğu ölkə isə Bosniya və Hersoqovinadır – 974 avro.
Yeni tikili almaq üçün ən bahalı şəhər – Parisdir., o bu siyahıda Münhen, London və Oslonu qabaqlayıb. Ən bahalı kirayə haqları da Parisdədir – 1 kvadratmetr üçün avlıq ota hesabla 29 avro.
Berlin Avropada yenigə paytaxt şəhərdir ki, burada son bir ildə yeni tikililərin qiyməti artmayıb.
Avropada ev almağın ən çətin olduğu ölkə Çexiyadır – burada yerli vətəndaş 70 kvadratmetrlik mənzil almaq üçün 13 il və 7 ay işləməlidir.
Koronavirusdan ən çox əziyyət çəkən Avropa ölkələri İspaniya və İtaliya olub, ümumilikdə Avropada iqtisadi geriləmə 6,6% təşkil edib.