Azərbaycanın tikinti bazarında kəskin qiymət artımı gözlənilmir.
"Bu il qəzalı binalarla bağlı problemlərin həlli üçün 50 milyon manat ayrılacaq"
FED.az xəbər verir ki, bunu Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyasının (ATMİA) Baş katibi Şahanə Sarı mətbuat konfransında deyib.
O bildirib ki, tikinti bazarında qiymətlər ilə bağlı dolğun cavab vermək üçün bu məsələ ekspertizaya yönləndirilməlidir: "Lakin yerli istehsalın artdığını nəzərə alaraq, onu demək olar ki, tikinti bazarında, tikinti materiallarının qiymətində ciddi artım gözlənilmir". (Report)