Planetin ən şimal hissəsi olan Arktikada bahalı torpaq sahəsi satışa çıxarılıb.
Həyət evlərinə "kupça amnistiyası" veriləcək - VİDEO
FED.az xəbər verir ki, satışa çıxarılan torpaq sahəsi Şimal buzlu okeanındakı Şpitsberqen adasındadır.
Norveçə məxsus olan bu adanın ümumi sahəsi 61 kvadrat kilometrdir və 60%-i buzla örtülüdür. Burada Norveçə məxsus hissədə 14 830 akr, yəni təqribən 6000 hektar torpaq sahəsi satışa çıxarılıb. Bu təxminən Nyu-Yorkun ən böyük hissələridən biri olan Manhetten böyüklükdə ərazidir.
Satıcılar bunu «Arktikada torpaq almaq üçün son şans» adlandırırlar, çünki adada daha satmaq üçün özəl torpaq yoxdur, qalan torpaqlar dövlətə məxsusdur.
Norveç və Şimal qütbünün ortasında yerləşən Svalbarddakı ərazi iqlim və geosiyasb baxımından əhəmiyyətlidir.
Ərazinin satılmasına səbəb iqlim dəyişikliyidir: Arktika 2023-cü ildə ən isti yayı keçirib, Svalbard bölgəsində isə daha az dəniz buzu, daha çox yağış və daha yüksək temperatur müşahidə olunub. Yeri gəlmişkən adanın bir hissəsi Rusiyaya məxsusdur və Bloomberg agentliyi yazır ki, buzların əriməsi "Rusiya üçün bir nemətdir" və bu, əlavə dəniz marşrutları və enerji ehtiyatlarına çıxış əldə edəcək.
Satıcıları təmsil edən vəkil Per Killinqstad qeyd edir ki, «Bu, yüksək Arktikada bir sayt almaq və strateji mövqe qazanmaq üçün yeganə fürsətdir».
Torpağın satış qiyməti 323 milyon dollar təşkil edir. Bu hesabla həmin ərazinin hər hektarı təqribən 54 min dollara satışa çıxarılıb.