Azərbaycanda bir mənzilin orta qiyməti orta statistik ölkə vətəndaşının 10-11 illik gəlirinə bərabərdir.
Köhnə tikililərin sökülməsi evləri - BAHALAŞDIRIR - VİDEO
FED.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru REAL TV-yə müsahibəsində Ziya Əliyev bildirib.
"Əgər qiyməti bizim 10-11 illik zəhmətimizə bərabərdirsə, deməli bu, çox dəyərli bir şeydir. Mən hələ bunun mənəvi tərəflərindən danışmıram. Milli mədəniyyətə görə, evin böyük mənəvi dəyəri var. Hamı istəyir ki, özünə məxsus evi olsun", - deyə o qeyd edib.