Azərbaycan Mərkəzi Bankının (AMB) yeni inzibati binasında tikinti-quraşdırma işləri başa çatıb.
Mərkəzi Bankın yeni binası - 37 Mərtəbə Olacaq
FED.az xəbər verir ki, bu barədə AMB-dən bildirilib.
Bildirilib ki, qurumun binada fəaliyyətə başlaması tarixinə dair ətraflı məlumat veriləcək.
Xatırladaq ki, AMB-nin 37 mərtəbədən ibarət yeni inzibati binanın sahəsi 68 min kv.metr, hündürlüyü isə 168 metrdir. Binanın detallı layihələndirməsi və tikintisi üçün tender 2020-ci ildə elan edib. 2021-ci ildə isə Türkiyənin "Tekfen İnşaat və Təsisat" şirkəti tenderin qalibi olub və onunla 218 milyon avro dəyərində müqavilə imzalanıb.(Report)









