Bakı şəhərində təklif edilən median aylıq kirayə haqqı 927 manat təşkil edir.
“Mərkəzlərdə tikilən evlərin qiyməti fantastikdir”
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) “Maliyyə Sabitliyi hesabatında” bildirilib.
Sənədə əsasən, bu göstərici daşınmaz əmlakın kapitalizasiya müddətinin 19,5 il olmasına səbəb olur.
Hesabatda həmçinin bildirilir ki, Bakı şəhəri üzrə orta mənzil qiymətlərinin orta aylıq nominal əmək haqqına nisbəti 189 ay və ya 15,7 il təşkil edir.
AMB qeyd edir ki, 2023-cü ilin sonu ilə müqayisədə Azərbaycanda mənzil qiymətləri artsa da, bu artım bəzi bençmark ölkələrlə müqayisədə daha aşağı tempdə qeydə alınıb.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, ölkədə mənzil bazarında qiymətlər ötən ilin sonu ilə müqayisədə 9,9 % artıb. Bu artım Qazaxıstan və Özbəkistanla müqayisədə daha yüksək, Türkiyə, Gürcüstan və digər ölkələrlə müqayisədə isə daha aşağı olub.