Ölkənin iri tikinti şirkəti “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin Müşahidə Şurası tam tərkibdə dəyişib.
Parlamentdə "Akkord"un keşmiş rəhbərinin Azərbaycana gətirilməsi - TƏLƏB OLUNUB
FED.az Banker.az-a istinadən xəbər verir ki, ASC-nin səhmdarlarının qərarına əsasən Vüqar Suleymanov Müşahidə Şurasının sədri vəzifəsini tərk edib, onu bu vəzifədə Malik Məmmədov əvəzləyib.
Digər qərara əsasən Dərya Vəliyev Müşahidə Şurasının üzvü vəzifəsindən çıxarılıb. Əvəzində Müslüm Mürsəlov və Tofiq İsayev Müşahidə Şurasının üzvü seçiliblər. Dəryə Vəliyev 2022-ci ilə qədər Müşahidə Şurasının üzvü olub.
Xatırladaq ki, “Akkord STİK” 2006-cı ildə yaradılıb, onun 83 259 750 manat nizamnamə kapitalı var. Şirkətin baş icraçı direktoru (İdarə Heyətinin sədri) Ayhan Keskinkılıçdır. Şirkətin səhmlərinin 51%-i “VIP Estate” MMC-yə, 49%-i isə Dərya Müsəllim oğlu Vəliyeva məxsusdur.