“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC dövlət qarşısında vergi borcu daha da artıb.
FED.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti bildirir.
Məlumata əsasən, “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin 15 006 168.49 manat vergi borcu var.
Bildirək ki, bu borclar barədə son məlumat 22 fevral 2024-cü il tarixinə qədər olandır.
Xatırladaq ki, tikinti sektorunun şirkətlərdən biri olan “Akkord” Korporasiyası infrastruktur layihələrinin, ictimai obyektlərin tikintisi, inşaat materiallarının istehsalı üzrə ixtisaslaşmışdır.
“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC 2006-ci ildə dövlət qeydiyyatına alınıb. Bu şirkətin nizamnamə kapitalı 83 259 750 manatdır və qanuni təmsilçisi Ayhan Keskinkilicdır. ( Banker.az)