Tikinti şirkəti olan “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-yə daxil olan iki şirkət rebrenqin edib.
FED.az Banker.az-a istinadən xəbər verir ki, 39.12 milyon nizamnamə kapitalına sahib olan “Akkord Kərpic” MMC bundan sonra “Abşeron Kərpic” MMC kimi adlandırlacaq. Bu şirkət 2015-ci ilin yanvarında təsis edilmişdi.
17.5 min manat nizamnamə kapitala sahib olan “Akkord Mərmər Qranit” MMC də adını dəyişərək “Qaradağ Mərmər Qranit” MMC adlandırılıb.
Adları dəyişdirlən hər iki şirkətin ünvan və rəhbərliyində dəyişiklik olmayıb.