“Akkord” 2015-ci ili 77,2 milyon zərərlə başa vursa da, 2016-cı ildə 18 milyon 785 min manat mənfəət əldə edib.
FED.az xəbər verir ki, bu göstərici "Akkord Sənaye-Tikinti İnvestisiya Korporasiyası" ASC-nin yaydığı hesabatda qeyd olunub. Göstəricilərə görə, 2016-cı ildə qurumun gəliri 131,2 milyon manat olub ki, bu 2015-ci ildə əldə olunmuş 184 milyon manat həcmində olan nəticə ilə müqayisədə 38,7 faiz azdır.
Görülmüş işlərin maya dəyəri ötən il ilə müqayisədə 28,1 faiz azalaraq 102 milyon manat təşkil edib. Buna baxmayaraq, Cəmiyyətin əməliyyat xərclərində 13 faiz artım müşahidə olunub.
Cəmiyyətin əməliyyat gəlirləri 15,6 milyon manat təşkil edib. 8,9 milyonluq maliyyə xərclərini və 440 minlik vergi məbləğini çıxdıqdan sonra cəmiyyətin əsas fəaliyyətdən gəliri 6,3 milyon manat təşkil edib.
Əlavə olaraq, xarici əməliyyatlar üzrə məzənnə fərqindən gəliri 12,4 milyon manat təşkil edib. Nəticədə, 2016-cı il üzrə mənfəəti 18,7 milyon manat təşkil edib.
Qeyd edək ki, 2016-cı il üzrə tərtib olunmuş bu hesabatı "Growe Horwath İnternational" audit şirkəti yoxlayaraq, müsbət rəy verib.
"Akkord" yenidən mənfəətlə işləyir - HESABAT
17:34
15 Noy 2017