Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin satışa çıxardığı mənzilləri ipoteka ilə də almaq mümkündür.
Nazirlik tərəfindən satışına başlanacaq mənzillərin onlayn alış qaydası açıqlanıb - VİDEO
FED.az xəbər verir ki, bu barədə Sosial Xidmətlər Agentliyindən bildirilib.
Bildirilib ki, məlumat verildiyi kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 23 yanvar 2023-ci il, saat 10:00-da Bakının Ramana, Ümid, Kürdəxanı qəsəbələrində, Abşeron və Samux rayonlarında yerləşən binalardakı mənzillərin onlayn satışına başlayacaq.
Mənzili ilk bron etmiş şəxs həmin mənzili almaq hüququ qazanacaq. Ondan əlavə 2 şəxsin də həmin mənzili bron etmək imkanı olacaq.
Mənzili bron etmiş şəxslə Nazirlik arasında 10 gün müddətində dəyəri tam ödənilməklə mənzilə dair notariat qaydasında təsdiq edilmiş alqı-satqı müqaviləsi bağlanacaq.
Mənzili ilk bron etmiş şəxs həmin mənzili almaqdan imtina etdiyi halda, mənzili almaq hüququ onu bron etmiş digər şəxsə keçəcək.
Mənzillərə çıxarış (kupça) verildiyi üçün ipoteka predmeti də sayıla bilər. Mənzil almaq istəyən şəxslər bunun üçün banklara müraciət edə bilərlər. (Apa)