Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva oktyabrın 4-də Ağdam şəhərində keçmiş məcburi köçkünlər üçün inşa olunacaq 470 mənzildən ibarət yaşayış məhəlləsinin təməlqoyma mərasimində iştirak ediblər.
FED.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Qeyd edək ki, Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Ağdamda səfərdədir.