Bakı ətrafında Sea Breeze kurort kompleksinin tikintisinə 2021-ci ildə əlavə olaraq $150 milyondan artıq sərmayə yatırılacaq.
Eləcə də bax: Emin Ağalarov 2021-2022-ci illərdə Bakıda - 7 YENİ RESTORAN AÇACAQ
FED.az xəbər verir ki, bu barədə Crocus Group şirkətinin mətbuat xidmətindən məlumat verilib.
“Artıq yaşayış kompleksləri, kotteclər, taunhauslar və fərdi villalar tikilib. 2021-ci ildə 100 min kvadrat metrlik yaşayış sahələri istismara veriləcək”, - deyə şirkətdən bildiriblər.
Beşmərtəbəli SkyLine Hotel & Residences otelinin tikintisi planlaşdırılır. Onun ümumi sahəsi 34 min kv.m təşkil edəcək. Otelin açılışı 2024-cü ildə baş tutacaq. Bundan başqa, ümumi sahəsi 63 min kv.m olan Sea Breeze Mall ticarət kompleksi tikiləcək. Tikintinin birinci növbəsinin 2022-ci ildə başa çatdırılması planlaşdırılır. MediСlub Tibb mərkəzi isə 2023-cü ildə açılacaq.
Həmçinin kurort ərazisində sahəsi 49,1 min kv.m olan apart-otel (57 mehmanxana nömrəsi və 171 apartament) tikilir. Açılış 2023-cü ilə planlaşdırılıb. Marina Village şəhərciyinin tikintisinə də başlanılır və işlərin 2026-cı ildə başa çatdırılması nəzərdə tutulub.
“Sea Breeze” layihəsinin həyata keçirilməsinə 2005-ci ildə çimərliyi olan beşulduzlu otelin tikintisi ilə başlanılıb.
2028-2030-cu illərdə başa çatdırılması nəzərdə tutulan layihəyə investisiyaların ümumi həcmi $1,5-2 milyard təşkil edəcək. (İnterfaks)