Mühəndis energetik
Tələblər:
Müvafiq sahədə (Mühəndis-elektrik ixtisası üzrə) ali təhsil;
Analoji sahədə minimum 5 il iş təcrübəsi;
Müəssisənin enerji təchizatının təşkilini, elektrik avadanlıqlarının istehsal gücünü, texniki xarakteristikasını, konstruktiv xüsusiyyətlərini, iş rejimini və onların istismarı hesablamaqaydasının bilməli;
Elektrik sahəsinə aid təhlükəsizlik qaydalarını bilmək;
Elektrik sxemlərini tərtib etmək bacarığı;
Sxemlərə uyğun elektrik şəbəkələrinin montaj aparmaq bacarığına üstünlük verilir;
Elektrik materialları və aksesuarlarını tanımaq, xüsusiyyətlərini bilmək və onlardan istifadə etməyi bacarmaq;
Aşağı və yüksək gərginlikdə işləmək üçün sertifikat arzuolunana (Sənəd);
Azərbaycan və Rus dilinin yüksək səviyyədə olması, ilkin İngilis dilinin bilməsi;
İşgüzar və məsuliyyətli olmalı;
Təzyiq altında işləməyi bacarmalı.
Eləcə də bax : "Unibank" işçi axtarır - VAKANSİYA
Eləcə də bax : "AccessBank" işçi axtarır - VAKANSİYA
Vəzifə öhdəlikləri:
Layihələndirmə üçün ilkin məlumatın yığılması və çertyojların çəkilməsi;
Bina və tikililərinin, daxili və xarici işıqlandırma sistemlərinin, aşağı və yüksək gərginlikli elektrik təchizatı şəbəkələrinin layihələndirilməsi;
Elektrik yükünün hesablanması;
Sifarişçinin texniki tapşırığına əsasən layihə sənədlərinin işlənilməsi və razılaşdırılması;
Elektrik təchizatı və işıqlandırma üzrə layihə və işçi sənədlərin işlənilməsi;
Layihələrdə təmir-tikinti işlərinə nəzarət, konstruksiya işlərinin düzgün təşkil edilməsi;
Layihələrin yerinə yetirilməsi zamanı qüvvədə olan qaydalar, standartlar və digər texniki və normativ sənədlərin tələblərinə riayət olunması;
Tabeliyində olan işçilərin işlərini təşkil etmək və onlara nəzarət etmək;
Yeni quraşdırılan pivot, nasosxana qurğularına elektrik xəttlərinin çəkilməsi, yaranan nasazlığın aradan qaldırılması təlimatlarını vermək və işə ümumi nəzarət etmək;
Əmək haqqı təklifi yüksəkdir, müsahibə prosesində müəyyən ediləcək.
Xahiş edirik, maraq göstərən şəxslər öz tərcümeyi-hallarını (CV) "mövzu" yerinə "Mühəndis energetik" sözünü qeyd etməklə [email protected] elektron poçtuna göndərsinlər.