Xəbər verildiyi kimi, bir neçə gün əvvəl prezident İlham Əliyev «Bakı Ağ Şəhər»də yeni yolun açılışında iştirak edib və tikinti işləri ilə tanış olub.
FED.az xəbər verir ki, hazırda bu ərazi paytaxtın ən sürətli tikinti aparılan sahəsidir. Bunu nəzərə alaraq potensiala investorlar üçün «Bakı Ağ Şəhər»ə yatırım imknalarını xatırladırıq.
Eləcə də bax: «Ağ Şəhər»də mənzillər neçəyədir? – SİYAHI, QİYMƏTLƏR
Bakı Ağ Şəhər yerli və xarici investisiyalar üçün müxtəlif ölçülü yaşayış və kommersiya obyektlərini təklif edir.
Ağ Şəhərdə sərmayə və inkişaf imkanları
Yerli və xarici sərmayədarlara yönəlimiş Bakı Ağ Şəhər layihəsi, ikimərtəbəli villalardan başlayaraq, orta və yüksək mərtəbəli yaşayış komplekslərinə və biznes mərkəzlərinə qədər, müxtəlif həcmli yaşayış və kommersiya tikililərinin böyük seçimini təklif edir.
Eləcə də bax: "İnvestorlar üçün yeni təkliflər ortaya qoyulmalıdır ki, Ağ Şəhərə - PUL YATIRSINLAR"
Layihə çərçivəsində sərmayəçilər onların fəaliyyət istiqamətlərinə uyğun olan obyektlər seçə bilərlər:
Yaşayış
• 250 kv.m-dən 40 000 kv.m-ə qədər
Ofislər
• 2 000 kv.m-dən 80 000 kv.m-ə qədər
Ticarət
• 250 kv.m-dən 108 000 kv.m-ə qədər
Təhsil
• Özəl uşaq bağçaları
• Özəl məktəblər
• Özəl ali təhsil müəssisələri
Turizm
• Otellər
• Əyləncə mərkəzləri
• Tematik park
• Akva-park
• Səhiyyə
• Özəl xəstəxanalar
• Özəl poliklinikalar
• Özəl klinikalar
• Özəl bərpa mərkəzləri
• Özəl idman obyektləri
• Özəl baytarlıq klinikaları
Xidmət
• Orta anbarlar
• Avtomobillərə texniki xidmət stansiyaları
• Yuyucu məntəqələr və digər xidmətlər
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “2006-2010-cu illərdə Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılması üzrə kompleks tədbirlər planı”nın təsdiq edilməsi haqqında fərman çərçivəsində həyata keçirilən layihə olaraq, Bakı Ağ Şəhər sərmayələrin həcmindən asılı olmayaraq, sərmayədarlara və inşaatçılara hüquqi və təşkilati dəstəyin göstərilməsini təmin edir.
“Vahid pəncərə” prinsipi ilə işləyən Bakı Ağ Şəhəri idarə edən komanda, layihənin həyata keçirilməsi müddətində hər hansı bir obyektin inşasından başlayaraq onun bitməsinə qədər sərmayədarlara aşağıdakı xidmətləri göstərir:
• sərmayə obyektinin baş plana əsasən seçilməsi;
• tikinti üçün torpaq sahəsinin seçilməsi və rəsmiləşdirilməsi;
• konsept-dizaynın və tikinti cizgilərinin işlənib hazırlanmasında yardım;
• layihənin iqtisadi səmərəliliyinin təhlili;
• layihə çərçivəsində inşaat işlərinin aparılması üçün sənədlərin rəsmiləşdirilməsi;
• mühəndis kommunikasiyalarının birləşdirilməsi üçün texniki şərtlərin verilməsi;
• tikinti işlərinin həyata keçirilməsi üçün tenderin keçirilməsi;
• inşaatın idarə olunması;
• xarici kommunikasiyaların qoşulması üzrə işlərin təşkil edilməsi;
• mülkiyyət hüquqları haqqında sənədlərin əldə edilməsi;
• obyektin istismara verilməsində dəstək;
• marketinq fəaliyyətinin yerinə yetirilməsində dəstək.