Bakı sakininə qarşı külli miqdarda dələduzluq edilib.
FED.az xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonu ərazisində baş verib.
Paytaxtın Səbail rayonu, Səid Rüstəmov küçəsi ev 15, mənzil 77-də qeydiyyatda olan, Nəsimi rayonu, Topçubaşov küçəsi ev 98-də yaşayan Məmmədov Ramin Rəfail oğlu ərizə ilə Nəsimi rayon Polis İdarəsinə müraciət edərək bildirib ki, 2017-ci il noyabrın 9-da Nəsimi rayonu, Ş.Bədəlbəyli küçəsi 106 ünvanının qarşısında Əziz adlı şəxsə Xətai rayonu, Ağ şəhər adlanan ərazidə mənzili adına keçirmək məqsədilə 270 min manat verib. Lakin həmin şəxs vədinə əməl etməyərək ona qarşı dələduzluq edib.
Faktla bağlı Nəsimi rayon Polis İdarəsində araşdırma aparılır.