Bu gün Mənzil İnşaatı Dövlət Agentliyi dünən “Güzəştli mənzil” sistmində yaranmış problemlə bağlı məlumat yayaraq baş vermiş texniki nöqsanların aradan qaldırıldığını bildirmişdi.
FED.az xəbər verir ki, “Güzəştli mənzil” əldə etmək üçün sayta müraciət edən dövlət qulluqçularından biri bildirib ki, portalda baş vemiş problem hələ də aktualdır:
“Saytda hansı ev satılıbsa, artıq o evin satışı dayandırılır və saytdan silinir. Mən sayta girəndə artıq çox az ev qalmışdı. Mən də üçotaqlı bir mənzili işarələdim. Elə o zaman bildiriş gəldi ki, 08.05.2018-ci il tarixinə kimi ərizəni təsdiq etməsəz, seçdiyiniz mənzilin üzərinə qoyulmuş məhdudiyyət götürülərək digər istifadəçilərə təqdim olunacaq. Ərizəni təsdiq etmək ünün yenidən sayta daxil olduğum zaman artıq həmin bölmənin silindiyini gördüm
Müraciətçinin sözlərinə görə, onun kimi yüzlərlə adam bu gün axşam saat 24:00-a kimi ərizəni təsdiq etməsə, seçdikləri ev yenidən satışa çıxarılacaq.
Məsələ ilə bağlı yenidən nazirliklə əlaqə saxlanıb. Bildirilib ki, məsələdən xəbərdardılar və
sistem tərəfindən növbələşdirilən ilk müraciətlər qəbul olunaraq emal edilib, növbəti müraciətlər isə gözləmə mövqeyinə göndərilib