ABŞ-da yaşayışın qiyməti ən aşağı olan 15 şəhər açıqlanıb.
FED.az xəbər verir ki, «Realtor Magazine» bununla bağlı araşdırmasının nəticələrini açıqlayıb. Burada bildirilir ki, amerikalıların az qala yarısı həyat şəraiti üçün xərclərini azaltmaq üçün daha ucuz yaşayış olan şəhərlərə köçmək niyyətindədirlər.
İnsanların əksəriyyəti üçün koronavirus pandemiyasının təsirləri həm də iqtisadi vəziyyətdə özünü göstərir, ona görə də bəziləri daha ucuz yaşayış olan yerlər axtarırlar.
Move.org portalı isə ABŞ-ın 75 iri şəhərində bir nəfər üçün mənzillərin icarəsi, kommunal xidmətlər, qaz tarifi və internetin qiymətini, eləcə də bir nəfərin aylıq yemək xərclərini araşdırıb.
Nəticədə yaşayışın ən ucuz olduğu 15 şəhər məlum olub. Beləliklə, ən ucuz şəhərlər bunlardır:
• El-Paso, Texas ştatı: $1 324,02
• Uiçito, Kanzas ştatı: $1 393,44
• Linkoln, Nebraska ştatı: $1 422,53
• Tuson, Arizona ştatı: $1 498,35
• Leksinqton, Kentukki ştatı: $1 499,59
• Albukerke, Nyu-Meri ştatı: $1 508,80
• Korpus-Kristi, Texas ştatı: $1 537,77
• Mesa, Arizona ştatı: $1 564,68
• Luisvill, Kentukki ştatı: $1 618,42
• Omaxa, Nebraska ştatı: $1 621,62
• Memfis, Tennesi ştatı: $1 658,28
• Qrinsboro, Şimakli Karolina ştatı: $1675,69
• Talsa, Okla ştatı: $1 691,71
• Virciniya-Biç, Virciniya ştatı: $1 731,65
• Plano, Texas ştatı: $1 752,63
Araşdırma ABŞ-da yaşayışın ən bahalı olduğu 5 şəhəri də aşkar edib. Bunlar aşağıdakılardır:
• San-Fransisko: $4 315,77
• Nyu-York: $4 178,78
• Oklend, Kaliforniya ştatı: $3 644,78
• Boston: $3 426,47
• San-Xose, Kaliforniya ştatı: $3 416,14
Ümumilikdə ABŞ-ın 15 ən bahalı şəhərindən 7-si Kaliforniyada yerləşir.