Koronavirus səbəbindən ABŞ-da evlərin satışları son 9,5 ildə ən aşağı həddə düşüb.
Eləcə də bax: İtaliyada 1 avrodan başlayan qiymətə - EVLƏR SATILIR
FED.az xəbər verir ki, may ayında ölkədə 2-ci əl (təkrar) bazarda 3,91 milyon ev satılıb ki, bu da əvvəlki ayla müqayisədə 9,7 faiz azalaraq 2010-cu ilin oktyabrından bəri ən aşağı səviyyədir. Əslində ekspertlər ev satışının düşəcəyini gözləyirdilər, amam azalmanın cəmi 5,6% olacağı güman edilirdi. Əvvəlki ay isə satışlar 17,8 faiz düşmüşdü.
İllik ev satışı 26,6 faiz azalıb bu da 1982-ci ildən bəri ən böyük illik azalmadır. Ev satışlarının azalmasına baxmayaraq qiymətlər artmaqdadır. May ayında evlərin median qiymətləri (yəni satışda ən böyük paya malik olan evlərin orta qiyməti) 2,3 faiz artaraq 284,6 min dollara yüksəlib. Bu, 2012-ci ilin fevral ayından bəri ən aşağı artım olub.