Əmlak Məsələləri Dövlət Xidməti mayın 10-da dövlət əmlaklarının satışı üzrə yeni hərrac elan edib.
FED.az xəbər verir ki, hərraca 15 kiçik dövlət müəssisə və obyekti, 1 yarımçıq tikili çıxarılıb.
Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri Bakıda, Gəncə, Lənkəran, Şəmkir, Balakən və digər rayonlarda yerləşir. Satışa çıxarılan əmlaklar xidmət, sənaye sahələrinə aiddir. Tikililərin ümumi faydalı sahəsi isə 16 kvadratmetrlə 9298 kvadratmetr arasında dəyişir.
Bu dəfə satışa çıxarılan ən bahalı əmlak Balakən şəhərində yerləşən “Qubek Otel”dir. Adı çəkilən obyekt 9 milyon 100 min manata təklif olunur. Qeyd edək ki, Əmlak Xidməti sözügedən oteli artıq bir neçə ildir ki, satmağa hazırlaşır. Vaxtilə Dövlət Neft Şirkətinin (SOCAR) balansında olan otel 2018-ci ildən bəri bir neçə dəfə hərraca çıxarılıb. İlk qiyməti 18 milyon manat olan otel satılmadığına görə, qiymət 9,1 milyon manatadək aşağı düşüb. 2018-ci ildən bəri otel elə bu qiymətə hərraca çıxarılır.
Otellə yanaşı, budəfəki hərraca Mərkəkandakı eyni adlı restoran da satışa çıxarılıb. 177 kvadratmetr sahəsi olan restoranın ilkin qiyməti 300 min manatdır. Qeyd edək ki, «Qubek» oteli kimi, «Mərdəkan» restoranı da artıq bir neçə dəfə hərraca çıxarılıb, amma satılmayıb.
Bu dəfə hərracda Qaradağda yerləşən Şadlıq evi adlı əmlak da satışa çıxarılıb. 7,4 sot torpaqda yerləşən və 300 kvadratmetr sahəsi olan əmlakın qiyməti 39 min manatdır.
Hərracda Gəncənin mərkəzindəki ikimərtəbəli istehsal sexi (156 min manat), İmişlinin mərkəzində yerləşən keçmiş yun qəbulu məntəqəsi (20 min manat), eləcə də Şəmkir, Goranboy, İsmayıllı, Neftçala, Qəbələ və Lənkərandan obyektlər satışa çıxarılıb.
Neftçalada satışa çıxarılan obyekt bərbərxanadır – Bankə qəsəbəsində 16 kvadratmetrlik tikininin qiyməti 800 manatdır.
Qeyd edək ki, əmlak hərracında iştirak etmək üçün hərraca 3 iş günü qalana qədər müraciət etmək lazımdır. Yəni məsələn mayın 10-da keçirilən bu hərraca qatılmaq üçün mayın 4-dən gec olmayaraq qeydiyyatdan keçmək lazımdır. Hərraca qatılmaq üçün burada göstərilən ilkin qiymətin 10%-i qədər beh ödənilməlidir. Qalib gəlməyəndə beh sahibinə qaytarılır.
Mayın 10-da hərraca çıxarılan dövlət müəssisələri və obyektləri aşağıdakılardır.
10 may 2022-ci il tarixdə saat 10:00-da respublikanın şəhər və rayonlarında təkrar hərraca çıxarılacaq kiçik dövlət müəssisə və obyektlərinin siyahısı
№ | Müəssisənin (obyektin) adı | Ünvanı | Tabe olduğu təşkilatın adı | Ümumi faydalı sahəsi (kv.m) |
Özəlləşdirilən torpaq sahəsi (kv.m) |
İşçilərin sayı | Əmlakın ilkin (start) satış qiyməti (100%) (manat) |
Əmək kollektivinə güzəştli şərtlərlə satımış hissə (15%) (manat) |
Torpaq sahəsinin ilkin (start) satış qiyməti (manat) |
Hərraca çıxarılan ümumi ilkin (srart) satış qiyməti (manat) |
10% beh (manat) |
---|---|---|---|---|---|---|---|---|---|---|---|
1 | "Mərdəkan" restoranı | Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Yesenin küçəsi, 2-ci döngə, bina 2M | İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzi | 1743.9 | x | x | 300000 | x | x | 300000 | 30000 |
2 | Şadlıq evi | Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan yolu küçəsi, 5A | İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzi | 351.9 | 740.2 | x | 26000 | x | 13000 | 39000 | 3900 |
3 | İki mərtəbəli istehsal sexi | Gəncə şəhəri, Kəpəz rayonu, Z.Əliyeva küçəsi, 2-ci döngə, bina 10 | İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzi | 1160.8 | x | 1 | 156250 | x | x | 156250 | 15625 |
4 | İmişli Ərazi Yun Tədarükü və Qəbulu İdarəsi | İmişli şəhəri, Muğan küçəsi, 198 | İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzi | 250.5 | 1805.0 | x | 11000 | x | 9000 | 20000 | 2000 |
5 | 1 saylı bərbərxana | Neftçala rayonu, Bankə qəsəbəsi, H.Əmənov küçəsi, 9A | İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzi | 16.0 | x | x | 800 | x | x | 800 | 80 |
6 | Tatoba kənd Sənətkarlıq klubu | Lənkəran rayonu, Tatoba kəndi | Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Lənkəran Regional Mədəniyyət İdarəsi | 37.5 | 1170.0 | 3 | 1000 | x | 2500 | 3500 | 350 |
7 | Moloja kənd Sənətkarlıq klubu | Lənkəran rayonu, Moloja kəndi | Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Lənkəran Regional Mədəniyyət İdarəsi | x | x | 3 | 250 | x | x | 250 | 25 |
8 | "Çinar" soyuducular zavodunun Şəmkir filialı | Şəmkir rayonu, Keçili kəndi | İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzi | 2095.1 | 27150.0 | x | 65000 | x | 85000 | 150000 | 15000 |
9 | Şəmkir yun tədarükü məntəqəsi | Şəmkir rayonu, Keçili kəndi | İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzi | 3312.4 | 62695.5 | x | 60000 | x | 115000 | 175000 | 17500 |
10 | Yardımçı təsərrüfat | Goranboy rayonu, Qarapirimli kəndi | İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzi | 782.6 | 86000.0 | x | 40000 | x | 100000 | 140000 | 14000 |
11 | Qovlar tikiş fabrikinin Goranboy sahəsi | Goranboy rayonu, Şəfikürd kəndi | İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzi | 660.2 | 3008.0 | x | 12500 | x | 7500 | 20000 | 2000 |
12 | "Qubek Otel" İstirahət Zonası | Balakən şəhəri, Gözəlov küçəsi, 102 | Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Sosial İnkişaf İdarəsi | 9297.4 | 13400.0 | x | 9000000 | x | 100000 | 9100000 | 910000 |
13 | Qaraj binası | Qəbələ rayonu, Çuxur Qəbələ kəndi | İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzi | 119.8 | 155.7 | x | 5250 | x | 750 | 6000 | 600 |
14 | Tircan kənd Yaradıcılıq klubu | İsmayıllı rayonu, Tircan kəndi | Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, İsmayıllı Regional Mədəniyyət İdarəsi | 523.4 | 1635.0 | 1 | 40000 | x | 4000 | 44000 | 4400 |
15 | Soltankənd kənd Yaradıcılıq Evi | İsmayıllı rayonu, Soltankənd kəndi | Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, İsmayıllı Regional Mədəniyyət İdarəsi | 673.7 | 1364.9 | 2 | 12000 | x | 3000 | 15000 | 1500 |
Hərraclarda iştirak etmək üçün müvafiq hərrac komissiyasına aşağıdakı sənədlər hərracın başlanmasına ən geci 3 bank günü qalanadək təqdim olunmalıdır: 1. Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd (hüquqi şəxslər üçün: qeydiyyat şəhadətnaməsi, nizamnaməsi və VÖİN). 2. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təsdiq edilmiş formada sifariş. 3. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd. (10% məbləğində beh Azərbaycan Respublikası Mərkəzi Bankında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin AZ65 NABZ 0136 1150 0000 0000 4944 nömrəli hesablaşma hesabına ödənilməlidir). Qeyd: Hərraclar respublikanın şəhər və rayonlarında müvafiq yerli hərrac komissiyaları tərəfindən keçiriləcəkdir. |