Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən Yasamal Yaşayış Kompleksindəki 815 mənzilin satışı bu gün baş tutub.
FED.az xəbər verir ki, bu dəfə mənzilər həm güzəştli ipoteka krediti, həm də öz vəsaiti hesabına ödənişlə satılıb. Satış prosesi saat 15-də başlayıb və ənənəvi olaraq8 bir neçə dəqiqəyə başa çıtıb.
Xatırladaq ki, həmin mənzillə bundan bir neçə gün əvvəl satışa çıxarılmış, amma sistemdə olan problemlər səbəbindən satış baş tutmamışdı. Sonradan MİDA və prosesin təhlükəsizliyinə nəzarət edən Dövlət Təhlükəsizliyi Xidmətinin birgə açıqlamasında bildirildi ki, satışın baş tutmamasına səbəb 11 ölkədən edilən 47 haker hücumu olub.
Görünür buna görə, ənənəvi olaraq bir ay əvvəl edən edilən satış prosesi jdünən bir gün əvvəl elan edildi.
Satış prosesində ümumilikdə 12 057 aktiv istifadəçi iştirak edib. İlkin məlumatlara görə, onlardan 815 nəfər mənzil sahibi olub, başqa sözlə satış prosesində hər 15 nəfərə 1 mənzil satılıb.