Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin, Mənzil İnşaatı Dövlət Agentliyinin, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi birgə məlumat yayıb.
Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu, 6 ünvanında yerləşən Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə 815 mənzilin təxirə salınmış seçimi sabah saat 15:00-da keçiriləcək.
Eləcə də bax: MİDA mənzillərinin satışı prosesinə - HAKER HÜCUMU OLUB
FED.az xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) MİDA və Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ("ASAN Xidmət") ilə birlikdə yaydığı, “Güzəştli mənzil” sistemi vasitəsilə mənzil seçiminin təşkili prosesində Elektron Hökumətin İnkişafı Mərkəzinin (EHİM) “ASAN Login” sisteminə kiberhücumla bağlı aparılan araşdırmalara dair məlumatda bldirilir.